Gündəm

Paşinyanı tənqid edən yüksək vəzifəlilər İŞDƏN QOVULDU

Ermənistanın Yüksək Gərginlik Elektrik Şəbəkəsi şirkətinin yüksək vəzifəli 3 əməkdaşı Baş nazir Nikol Paşinyanı feysbukda tənqid etdiyi üçün işdən azad edilib.

AnTv.az bu barədə Ermənistanın “Hraparak” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin direktoru Qor Martirosyan, baş direktorun müavini Vaqe Martirosyan və hüquq məsləhətçisi Qorq Virabyan işdən çıxarılıblar. Q.Virabyan məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.