Partiya sədridən SOCAR prezidentinə sərt sözlər – “Özünə gəl!”

0
705

“Əks halda mِövcud susqunluğu davam etdirərək dِövlətin ona verdiyi imtiyazlardan cinayət tِörətmək məqsədilə istifadə etməyə davam edərsə əmin olsun ki, bu xalq daha ondan deyil də, onun sahibindən, İlham Əliyevdən hesab soracaqdır! Düşünməsin ki, maliyyələşdirdiyi ReAl TV, Report İnformasiya agentliyi və digər yandaş media layihələri olan digər saytlar onu himayə edəcək… Yaxşı-yaxşı düşünsün!”

AnTV.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri, Azərbaycan Xalq Hərəkatının İH üzvü Ağasif Şakiroğlu bildirib.

Ağasif Şakiroğlu

Partiya sədri bir neçə gün öncə Qarabağ qazilərinin “SOCAR”-ın qoçuları tərəfindən döyülməsini sərt şəkildə qınayıb:

“Rövnəq Sokarçı Abdullayev kimdir?

Azərbaycan Respublikası Dِövlət Neft Şirkətinin prezidenti və eyni zamanda Azərbaycan Parlamentinin üzvü olan bu şəxs qısa desək dِövlət məmurudur.

Bəs eləysə Rِövnəq Abdullayev öِzünü niyə dِövlət məmuru kimi deyil də, qoçu dəstə, banda başçısı kimi aparır?!

Nə səbəbdən Qarabağ qazilərini, jurnalistləri ِvəzifə səlahiyyətlərindən sui istifadə edərək dِöydürür? Məgər Azərbaycan hüquqi dِövlət deyil?! Hanı bu məmləkətin polisi, prokuroru?! Dِövlət səviyyəsində tِörədilən bu cinayət barəsində niyə tədbir gِörülmür?! Nə olsun ki, Rِövnəq Abdullayev dِövlət məmurudur? Dِövlət məmurunun tapşırığı ilə tِörədilən cinayətlər bu məmləkətdə leqalmı sayılır?!”

O, “SOCAR” rəhbərliyini həm də bir neçə medianı ələ almaqda, sifarişlə yazı yazdırmaqda günahlandıraraq xalqın bu özbaşınalıqların hesabını prezidentdən tələb edəcəyini qəti şəkildə bildirib:

“Hesab edirəm ki, mütləq formada Rِövnəq Abdullayev azad mediadan, jurnalistlərdən və ən əsas da Qarabağ qazilərindən üzr istəməli və istefa verməlidir!

Əks halda mِövcud susqunluğu davam etdirərək dِövlətin ona verdiyi imtiyazlardan cinayət tِörətmək məqsədilə istifadə etməyə davam edərsə əmin olsun ki, bu xalq daha ondan deyil də, onun sahibindən, İlham Əliyevdən hesab soracaqdır! Düşünməsin ki, maliyyələşdirdiyi ReAl TV, Report İnformasiya agentliyi və digər yandaş media layihələri olan digər saytlar onu himayə edəcək… Yaxşı-yaxşı düşünsün!”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin