Partiya sədrindən Mübariz Mənsimova DƏSTƏK: “bu prosesdə alət olmayın, fitnəyə və fitnəkara aldanmayın”

0
59

Xəbər verdiyimiz kimi, “Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.

AnTV.az xəbər verir ki, iş adamın saxlanılmasına Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu münasibət bildirib.

O, Mübariz Mənsimovun saxlanılmasını qəti şəkildə pisləyərək Türkiyə hakimiyyətinə iş adamın azad olunmasını tələb edib:

“Dünyaca tanınmış, Azərbaycan sevdalı iş adamı Mübariz Mənsimovun həbs edilmə xəbərini oxudum. Çox üzüldüm. Əminəm ki, Mübariz bəyin həbsi məhz siyasi qərardır!

Mənsimov dünyada yaşayan azsaylı iş adamlarından idi ki, öz milli kimliyini qorumağı bacarmış, daima ölkəsində baş verən hadisələrə münasibət bildirən, eyni zamanda Azərbaycan tarixinə dəyər verərək tarixi şəxsiyyətlərinin adlarını yaşadan, həmçinin Türkiyədə yaşayan yüzlərlə azərbaycanlı tələbəyə dayaq durmuş böyük bir vətənpərvərdir!

Hazırda mətbuatın yazdığına görə Mübariz Mənsimov FƏTOçuluqda və cəsusluqda ittiham olunub. Belə alçaldıcı suçlamaları nə Türkiyə hökümətinə nə də Azərbaycan adına yaraşdırmadım!

Bu günə qədər qardaş Türkiyədə FƏTO, Ergenekon və sairə adlar altında cinayət işləri açılsa da, yekunda həbs edilmiş əksər şəxslərin təxsirsiz olduğu müəyyən edilmişdir. Ümid edək ki, bu dəfə də belə olacaq, qaranlıqlar aydınlığa çıxacaq və dəyərli həmyerlimiz Mübariz Mənsimov haqqı olduğu azadlığına tez bir zamanda qovuşacaqdır…

Buradan qardaş Türkiyəyə səslənirəm: Bu prosesdə alət olmayın, fitnəyə və fitnəkara aldanmayın. Dərhal həmyerlimizi azad edin!”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin