Siyasət

Partiya sədrindən Kəramət Böyükçölə cavab: “Əyyaş və sındırılmış biri haqqında...”

“Təəssüflər olsun, özünə “ziyalı” adı verən bu şəxs 30 illik həyatında tənqidlə təhqiri ayırd edə bilməyəcək səviyyədə qalıb. Belələrinə yazar demək, əlbəttə ki, Azərbaycan ədəbiyyatına təhqirdir. Kül olar o ədəbiyyatın başına ki, onu Kəramət kimiləri təmsil etmiş olar”.

Bunu AnTV.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu yazıçı Kəramət Böyükçölün yazdıqlarına münasibət bildirərkən deyib.

A.Şakiroğlu qeyd edib ki, özünü apara bilməyən, danışığından xəbərsiz şəxsdən incimir: “Olanı budur. Sağlam tənqidi bacarmayan biri onsuz da hər zaman təhqirə əl atır. Bu, hər halda gecə içib, sərxoş olaraq yazdığı yazılardan növbətisidir. Cəmiyyətimiz bu şəxsin sərxoş halda canlı yayımlar açıb danışmasını və sonra peşman olduğunu, üzr istədiyini dəfələrlə görüb. Belə əyyaş və sındırılmış biri haqqında nəsə deməyim artıqdır. Mümkündür ki, spirtli içkisi bitib, bu yollarla kimdənsə nəsə qopartmağa çalışır. Amma əbəsdir. Edə biləcəyim yalnız bir yaxşılıq olar bilər: Alkaqol aslılığından müalicə etdirmək. Bundan başqa məndən nəsə gözləməyi əbəsdir”.

Qeyd: K.Böyükçöl “Facebook”da A.Şakiroğlunu təhqir edib. Yazıçı əlavə edib ki, statusuna 20 layk gəlmir, gedib partiya yaradır.