Siyasət

Partiya sədrindən Fransaya sərt SÖZLƏR

"Fransa ilə dərhal bütün diplomatik, iqtisadi və siyasi əlaqələr dayandırılmalıdır"

AnTv.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu deyib. Partiya sədri Fransanın 

Ağasif Şakiroğlu: "Fransa ilə dərhal bütün diplomatik, iqtisadi və siyasi əlaqələr dayandırılmalı, Azərbaycan Respublikasının Fransada olan elçisi dərhal geri çağrılmalı və Fransa Respublikasına dərhal diplomatik nota verilməli, eyni zamanda ATƏT-in Minsk qrupundan dərhal xaric edilməlidir! Eyni zamanda Fransanın Azərbaycandakı səfirliyi bağlanmalı, əməkdaşları və Fransa Parlamentinin bütün deputatları Azərbaycanda #PersonaNonGrata elan edilməlidir. 

Fransa Respublikasının parlamentində 1 səs əleyhinə olmaqla qondarma terrorçu "Artsaxı" adlı silahlı birləşməni yekdilliklə tanıması Azərbaycana, Türk və İslam dünyasına qarşı xəyanətdir! Əminliklə bəyan edirəm ki, Fransa parlamentinin bu qərarı həm də beynəlxalq hüququn ayaqlar altına atılmasıdır! 

Bir ay öncə İslama həqarət etmiş Fransa prezidentini heç unutmadıq! 

Azərbaycan hakimiyyətini dərhal lazımı addımlar atmağa və zəruri diplomatik proseduraya başlamağa çağırıram"

AnTv.az