Siyasət

Partiya sədri tənqid etdi, Prezident qovdu - VİDEO

“Problemləri görüb, dilə gətirməkdən heç kim heç zaman çəkinməməlidir. “Boş şeylərdir, danışmaqla düzələn deyil” kimi düşüncələr təbii ki, əsassızdır! 

Tənqidlər, nöqsanlar eşidilir və tədbirlər görülür. Bu gün Əhməd Əhmədzadənin vəzifədən uzaqlaşdırılması bütün bunların isbatıdır. 

Paylaşdığım müsahibə təxminən 4 ay bundan öncə olub. Hesab edirəm ki, məmləkətimizin korrupsionerlərdən təmizlənməsi prosesi sürətlə davam etməlidir. Əhməd Əhmədzadə kimilərini isə vəzifədən uzaqlaşdırmaqla kifayətlənmək olmaz. 

Düşünürəm ki, korrupsiyaya bulaşmış insanların vəzifədən sadəcə uzaqlaşdırılması onlar üçün mükafat olardı.”

Ağasif Şakiroğlu

Gələcək Azərbaycan Partiyasının sədri