Siyasət

Partiya sədri: “Rəsul Quliyev Paşinyanın uğurlarına sevinənlərdən deyil”

"“Facebook” səhifəmdə yazdığım fikirlərim partiyamızın liderinin fikirləri ilə ziddiyyət təşkil etmir"

AnTV.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Partiya sədri qeyd edib ki, məsələnin bu formada təqdim edilməsi yalnışdır: “Gələcək Azərbaycan Partiyasının lideri, Azərbaycam Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Paşinyanın uğurlarına sevinənlərdən deyil! Hörmətli Rəsul Quliyev ölkəmizin tanınmış və sayılıb seçilən ictimai-siyasi xadimi olaraq Ermənistanda baş verən hadisələri təhlil edərək hadisələrə geniş formada şərh verib. Mənim şərhim isə tam fərqlidir, Paşinyandan Qafqazın “xilaskarı” obrazı yaratmaq istətən şəxslərə ünvanlanıb. “Facebook” sosial şəbəkəsində bir qrup adam var ki, onlar Paşinyanı bölgənin “ağ atlı oğlanı” olaraq təqdim etməyə çalışırlar. İradım və etirazım bu tip düşünən marginallaşmış qüvvələrədir. Hər kəs əmin olsun ki, partiyamızın liderinin düşüncələri həm də mənim düşüncələrimdir”