Partiya sədri Elçibəyin müdafiəsinə qalxdı: “Leyla Yunusun mövqeyi Elçibəyə qarşı düşmənçilikdən xəbər verir”

0
624

“Əbülfəz Elçibəy iqtidarının spikeri olmuş İsa Qəmbər, dövlət katibi olmuş Əli Kərimli, dövlət müşaviri olmuş Arif Hacılı haradadır?”

AnTV.az xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu hüquq müdafiəçisi Leyla Yunusuna cavab verib:

“Mühacirətdə yaşayan hüquq müdafiəçisi Leyla Yunusun jurnalist Sevinc Osmanqızına məxsus “Osmanqızı” “Youtube” kanalına verdiyi müsahibə ilə tanış oldum.

O, müsahibəsində Elçibəyi KQB agenti adlandırır. Deyilənə görə, Leyla Yunus bu barədə kitab yazıb və sitat kimi bu fikri ifadə edib.

Leyla Yusun bu yaramaz fikri nə səbəbdən dövriyyəyə buraxdığını dəqiq bilməsəm də, burada bir məsələ dəqiqdir: ELÇİBƏYİN ŞƏXSİYYƏTİNƏ QARŞI DÜŞMƏNÇİLİK!

Belə olmasaydı, bu xanım belə danışmazdı… KQB-nin agenti olan, prezident olduğu ilk aylarda “agenti olduğu imperiyanın” ordusunu öz ölkəsindən necə çıxarda bilərdi?! Təkcə bu fakt hər bir məsələyə aydınlıq gətirir…

Üzücü olan isə özünü “Elçibəy yolunun davamçısı”, “Elçibəyin siyasi varisi”, “Elçibəyin məzarı üzərinə alnı açıq gəlməsindən danışan silahdaşlarının” və AXC şinelindən çıxmış bəzi “liderlərin” ağızlarına su alıb susmalarıdır… Lideriniz Elçibəyin ruhuna olan sayğınız budurmu, bəylər?! Leyla Yunusa qarşı nəsə desəniz, onun Elçibəylə bağlı səsləndirdiyi sərsəm fikrə mərdi-mərdanə münasibət bildirsəniz, lideriniz olduğunu iddia etdiyiniz Elçibəyi müdafiə etsəniz, “Leyla Yunus inciyib yolladığı QRANT PULLARINIMI dayandırar” düşünürsünüz?!

Bu dəfə də pula olan sevginizi Elçibəy ideyalarından üstün tutdunuz?!

Zamanında REAl TV-nin efirində Mirşahin Ağayevin Əbülfəz Elçibəyi Ermənistanın baş naziri Nikol Paşinyana təhqir edici formada bənzədəndə necə susdunuzsa, indi də o cür susdunuz!

Əbülfəz Elçibəy iqtidarının spikeri olmuş İsa Qəmbər,  dövlət müşaviri olmuş Arif Hacılı haradadır? Səsləri niyə çıxmır? Yoxsa PREZİDENTLƏRİNİ 1993-cü ildə müdafiə edə bilmədikləri kimi indi də fərarilik edirlər?!

Əziz dostlar, bəlkə Əbülfəz Elçibəy iqtidarının devrilməsinin əsil səbəbləri indi açıq görünməyə başlayıb. Komandasında prezidentini qoruya bilməyəcək qədər fərari kimdə olsaydı, həmin prezident devrilməyə məhkum idi… Deyərdim ki, hətta Elçibəyin özünün şəxsiyyət olması amili bu devrilmə prosesini bir xeyli uzatmışdı… Burada bəlkə də Leyla Yunusa bir təşəkkür də düşür…

Təşəkkürü onun Elçibəylə bağlı etdiyi sərsəm fikirlərə görə etmirəm, təşəkkürü Elçibəyin və Elçibəy ideyalarına hansı tip fərarilərin sahibləndiyini bizlərə çılpaqlığı ilə göstərdiyi üçün edirəm…

Çox acıdır bu mənzərəni görmək…”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin