Partiya funksioneri Əli Həsənovun “fərari” oğlundan danışdı

0
276

“Əli Həsənov bunu bilsin ki, onun oğlu heç igid əsgərlərimizin dırnağı da ola bilməz!”

AnTV.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Hamidli deyib.

O, “Xəzər TV” kanalında İqtisad Universiteti tələbələrinin kartlarındakı kodu nümayiş etdirməklə yol verdiyi səhvdən danışıb.

A. Hamidli hesab edir ki, baş verən bu xoşagəlməz hadisənin səbəbkarı kanalın rəhbəri olan Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı İctimai-Siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun oğlu Şamxal Həsənovdur:

“Əli Həsənovun oğlu Şamxal “unikal” ağlı ilə atasından geri qalmır.

Həqiqi hərbi xidmətini (əsgərlik) “Xəzər TV”-də rəhbər olaraq başa vuran Şamxal Həsənli görəsən şəhid ailələrinin üzünə necə baxır?

Nə Şamxal Həsənli, nə də atası Əli Həsənov hələ də hərbi xidmət məsələsinə aydınlıq gətirməyiblər!

Necə deyərlər, kişi gərək kişi olsun. Bütün günü dövlətdən dövlətçilikdən danışan, Vəzirovun dostu olan Əli Həsənov təbii ki, öz oğlunu Azərbaycan əsgərindən üstün bilir.

Ancaq Əli Həsənov bunu bilsin ki, onun oğlu heç igid əsgərlərimizin dırnağı da ola bilməz!

İndi gələk gündəmdə olan biabırçı məsələyə…

Deməli ilk dəfə olaraq Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə “Smart tələbə kartı” layihəsinə start verilib.

“Xəzər TV” İqtisad Universitetinə gedərək layihə haqqında süjet hazırlayıb. “Xəzər TV” çəkiliş zamanı ciddi səhvə yol verib. Belə ki, çəkiliş zamanı tələbələrin kartlarının hər iki tərəfi açıq-aşkar çəkərək, efirə verilib. Xəbər efirə getdikdən sonra kart nömrələri efirə gedən tələbənin birindən 22 manat, digər tələbənin kartından isə 210 manat pul çəkilib.

Tələbələr isə haqlı olaraq pullarının geri qaytarılmasını tələb edir.

Bəli, Əli Həsənov oğlu Şamxalı “Xəzər TV”-yə rəhbər təyin edəndə, Şamxal da efiri, xəbər mərkəzini Toliklərə, İnqilablara tapşıranda belə səfeh səhvlər də qaçılmaz olur.”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin