Xəbərlər

Pakistan qaranlığa qərq oldu - Həyəcan siqnalı verilib

Pakistanın paytaxt İslamabad olmaqla yanaşı, bir çox şəhərlərində elektrik kəsintisi yaşanır.

AnTV.az axar.az-a istinadən xəbər verir ki, elektrik kəsintisinə səbəb kimi stansiyalardakı nasazlıq göstərilib. Ölkə üzrə elektrik enerjisinin verilişində problem yaşandığı üçün hərbi hava qüvvələrinə həyəcan siqnalı verilib.

Pakistanın təhlükəsizlik üzrə rəsmi nümayəndələrindən Həmzə Şəfqət məsələ ilə bağlı açıqlamasında elektrik enerjisinin bərpa edilməsi üçün vaxta ehtiyac olduğunu bəyan edib.