Özlərini AXH adlandıran qeyri legitim təşkilat dağılmaq ərəfəsində : Əlbəyaxa dava

0
339

Azərbaycan Xalq Hərəkatından uzaqlaşdırılan və özlərini AXH-nin ikinci qolu kimi təqdim edən qeyri-legitim təşkilat dağılmaq ərəfəsindədir.

AnTV.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Xalq Hərəkatının Ali Məclis iclasında İdarə Üzvlüyünə qəbul edilməyən 6 nəfərlik “ikinci qol”-da əlbəyaxa dava düşüb.

Belə ki, iki gün öncə keçirilən iclasda Azadlıq partiyasının sədri Əhməd Orucla Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli arasında gərginlik yaşanıb. Tərəflər hətta bir-birilə əlbəyaxa həddinə çatıblar. Şahidlərin iddialarına görə, Əhməd Oruc Mətləb Mütəllimliyə fiziki müdaxilə də edib.

Mənbənin verdiyi məlumata görə, dava səbəbilə hərəkatın idarə heyətinin növbədənkənar toplantısı çağırılıb və münaqişənin bu həddə çatmasına səbəb kimi İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı göstərilib. Partiya sədri hərəkatdan qovulub. M.Mütəllimlinin də AXH -dən qovulduğu deyilir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin