Ötən gün ərzində dənizdə 8 nəfər batarkən xilas olunub

0
7

İyul ayının 7-də dənizdə batmaq təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib.

AnTV.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, xilasedicilər tərəfindən tərəfindən Bilgəh, Zağulba, Nardaran və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Dövlət Xidməti əhaliyə xəbərdarlıq da edib. Xəbərdarlıqda əhalinin qeyri-çimərlik, o cümlədən qadağan olunmuş ərazilərdən çimərlik kimi istifadə etməməsi tövsiyə olunub.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin