Gündəm

Ordumuz əks-hücum əməliyyatlarında ən çox hansı silahdan istifadə edir? - AÇIQLAMA

“Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında Azərbaycan Ordusu daha çox pilotsuz uçan aparatlardan (PUA) istifadə edir”.

AnTv.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, siyasi-hərbi rəhbərlik ermənilərin vaxtilə basdırdığı minalardan və istehkamlardan əsgərlərimizin həyatını mühafizə etməkdən ötrü belə qərar verib:

“Mən hesab edirəm ki, bu düzgün qərardır və özünü doğruldur. Biz öz torpaqlarımızı işğaldan azad edib, düşmən üzərinə gedirik. İtkilərimizin az olması qərarın düzgünlüyünü bir daha təsdiqləyir”.

Üzeyir Cəfərov, hərbi ekspert

 

Hərbi ekspertin sözlərinə əsasən, xüsusən hava hücumundan müdafiə və hərbi hava qüvvələrimiz bu müharibədə daha çox söz sahibidir:

“Ümumilikdə götürsək, bütün qüvvələrimiz öz vəzifələrini layiqincə yerinə yetirir, düşməndən qisasımızı alırlar”.