Oqtay Güləliyevin durumunun ağır olduğu deyilir

0
22
Hazırda Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu hələ də ağırdır.
AnTV.az xəbər verir ki, bu barədə oğlu Təbriz Gülalıyev məlumat yayıb.
O bildirib ki, atasının durumunda irəliləyiş yoxdur: “Atanın durumu hələ də ağırdır. Süni nəfəs aparatından çıxarılmasına baxmayaraq, koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair söz deməyiblər. Onu da qeyd edim ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur”.
Oqtay Güləliyev 29 oktyabr axşam saatlarında, 28 May və Puşkin küçələrinin kəsişməsində yolu keçərkən piyada keçidinin üstündə maşınla vurulub.
Onun müalicəsi Respublika Nerocərrahiyyə Xəstəxanasında davam etdirilib.
Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.
Müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Daha sonra isə Oqtay Gülalıyev ambulans təyyarə ilə İstanbula çatdırılıb. O, hazırda Türkiyənin Avrasiya Xəstəxanasında müalicəsi davam etdirilir.
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin