“Oqtay Əsədov spikerdir deyə, onun ailəsi acından ölməlidir?” – Fəzail Ağamalı

0
148

Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı məlumatlar Azərbaycan ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib.

AnTV.az xəbər verir ki, yayılan məlumatlarla bağlı açıqlama verən Milli Məclisin Deputatı Fəzail Ağamalı belə xəbərləri təxribat, Azərbaycan dövlətinə, onun yüksək ranqlı məmurunu gözdən salmaq məqsədi daşıdığını bildirib.

“Biz bu gün ölkə prezidentinə qarşı avropadan aparılan tərbiyəsiz, əxlaqsız və ölkədə kifayət qədər nüfuza sahib olan ziyalıların, deputatları adına aparılan total hücumların şahidi oluruq. Digər tərəfdən Oqtay Əsədov kifayət qədər özünün təmiz imici ilə seçilən, fərqlənən və dövlətçiliyə kifayət qədər xidmətləri olan cəmiyyətdə də nüfuz sahibi olan bir adamdır və hazırda ona qarşı belə çirkin kompaniya aparılır. Bubunla bərabər Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin vətəndaşlarına tövsiyə edir ki, Azərbaycana getməyin. Erməni əsilli vətandaşları ölkəyə buraxmamaq Azərbaycanın hüququdur. Biz bilmirik onlar bura nə məqsədlə gəlirlər. Bütün bunlar iki ölkə arasında olan münasibətləri korlamaq məqsədi daşıyır. Ola bilər ki, bu üçüncü qüvvələrin işidir. Rusiyanın daxilində üçüncü qüvvəyə işləyənlər var. Baxıb görəcəyik bu işlərin axırı necə olur.”

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin