Ölkə ərazisində qanunsuz saxlanılan silah-sursat götürülüb

0
37

AnTv.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən  məlumata görə Bakıda və LƏnkəranda qanunsuz silahlar aşkar olunub.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Nüsrət İbrahimov “Makarov” markalı tapançanı, 97 ədəd müxtəlif çaplı patronu və 2 ədəd patron darağını könüllü olaraq Nərimanov rayon Polis idarəsinə təhvil verib.

Sabunçu rayon Polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Hatəm Cəlilovun yaşadığı bağ evinin həyətindən torpağa basdırılmış lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Lənkəran şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Cavid Süleymanovun evindən “TOZ-8” markalı ov tüfəngi, həmçinin metamfetamin preparatı aşkar edilərək götürülüb.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin