Növbədənkənar parlament seçkilərinin günü – AÇIQLANDI

0
157

“Növbədənkənar parlament seçkiləri  2020-ci ilin fevralın 2-də keçiriləcək”.

AnTV.az xəbər verir ki, bunu etikxeber.az-a  mötəbər mənbə bildirib.

Məlumata görə, Milli Məclisin (MM) sabahkı toplantısından-dövlət başçısına yeni seçkilərin keçirilməsini nəzərdə tutan müraciətin ünvanlamasından sonra ölkə Prezidenti tərəfindən axşam saatlarında növbədənkənar seçkilərlə bağlı Sərəncamın verilməsi gözlənilir.

Sabah Sərəncam imzalandıqdan sonra seçki (səsvermə) günü gələn ilin fevral ayının 2-nə təyin ediləcək.

Belə ki, Sərəncam veriləcəyi təqdirdə, seçki prosesi dekabrın 4-dən başlayacaq və 60-gün ərzində- 2020-ci ilin fevralın 2-cən davam edəcək:

“Bizdə olan məlumata görə, seçkilər fevralın 2-də keçiriləcək. Çünki gecikmə üçün də elə bir səbəb yoxdur. Beləliklə seçkilər fevralın 2-də baş tutacaq və həmin gün 6-cı çağırış parlamentin üzvləri seçiləcək”-deyə, mənbə bildirib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin