Növbədənkənar parlament seçkilərində təşviqatın aparılması müddəti açıqlandı

0
15

Fevralın 9-na təyin edilmiş VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə təşviqatın aparılması müddəti açıqlanıb.

AnTV.az xəbər verir ki, seçkiqabağı təşviqat yanvarın 17-də başlayacaq.

Seçki Məcəlləsinə əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış – fevralın 8-də saat 08:00-da dayandırılır.

Təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

Sabah Mərkəzi Seçki Komissiyası (MSK) VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edəcək.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin