Siyasət

"Niyə büdcə xərclərinin hesabatı verilmir" - Aslan Hamidli

"Yenə də qabağa düşən Rövnəq Abdullayev oldu. Nəzarət yoxdu ay qardaş. Hesab soran yoxdu"

AnTv.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli deyib.

Aslan Hamidli: "Mərkəzi Bank üçün 218 milyon avroya inzibati bina inşa olunacaq.

Binanı Türkiyənin “Tekfen Holding” şirkəti inşa edəcək. Tikintisi ilə bağlı artıq Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalanıb. "Tekfen İnşaat"ın pay hissələrinin yarısı SOCAR-a aiddir.

Yenə də qabağa düşən Rövnəq Abdullayev oldu. Nəzarət yoxdu ay qardaş. Hesab soran yoxdu. Büdcə xərclərinin hesabatı verilmir. Vüqar Səfərli məsələsindən dərs götürün. 5 il sonra üzə çıxacaq ki, Mərkəzi Bankın tikintisindən flan qədər pul yeyilib. Olmaz axı belə. 

Əgər işini köhnə dediyimiz əslində isə modern binalara daxil olan Mərkəzi bankda da apara bilirsənsə dəyişikliyə nə gərək var ki!? 

Binanı dəyişmək lazım deyil, binanın içindəki korrupsioner, rüşvətxor insanları dəyişmək lazımdır. Pensiyanı qəpik-quruş artırırlar ki, büdcədə pul yoxdur. Uşaq pulu vermirlər ki,  büdcədə pul yoxdur. Ancaq Elman Rüstəmov üçün yeni ofisin düzəldilməsi üçün milyonlar tapılır. 

Sonrada vətəndaşlara deyirlər ki, gəl maaşından flan qədər pul tutulması üçün imza çək. Niyə də?!"

AnTv.az