Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb

0
7

Yanvar ayı ərzində Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb, 195 nəfərin infeksiyaya yoluxduğu təsdiqlənib.

AnTV.az APA-a istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə nəzarət üzrə mübarizə mərkəzi məlumat yayıb.

Lassa qızdırması tənəffüs sisteminin, böyrəklərin, mərkəzi sinir sisteminin zədələnməsi ilə xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcısı Afrika siçovullarıdır. Xəstəlik ərzaq, su, hava-damcı, cinsi əlaqə yolu ilə keçə bilər. Xəstəliklə əlaqədar əsas profilaktik tədbirlər siçovullarla mübarizə, ərzaq və suyun qorunmasıdır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin