Xəbərlər

Nigar Arpadarainin yerinə YENİ TƏYİNAT

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) yeni təyinat olub.

AnTv.az report-a istinadən xəbər verir ki, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi Ayan Nəcəf-Ağayevaya həvalə edilib.

O, yeni vəzifədə Nigar Arpadaraini əvəzləyib.

Qeyd edək ki, Nigar Arpadarai Bakıda “Formula 1” üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də çalışıb. O, 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.