Nigar Arpadarai istefa verir

Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək.

 

AnTV.az-ın xəbərinə görə, N.Arpadarai Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib.

 

Qeyd edək ki, Nigar Arpadarai Bakıda “Formula 1” üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır.