“Neft 40 dollara düşəcək, buna hazırlaşmaq lazımdı…”

0
4

Rusiyanın nüfuzlu iqtisadçısı, keçmiş iqtisadi inkişaf naziri German Qref neftin indiki 60 dollardan 40 dollara qədər ucuzlaşacağına dair proqnoz verib.

AnTV.az Virtualaz.org-a istinadən xəbər verir ki, iqtisadçının fikrincə onun ölkəsini növbəti ciddi “xammal şoku” gözləyir.

German Qref deyib ki, neftin ucuzlaşması nəticəsində Rusiya büdcəsi yenidən kəsirə keçəcək, hökumət valyuta ehtiyatlarını sürətlə xərcləyib tükədəcək, ölkənin inkişafına dair gələcək planlarla hesablaşmayacaq.

“Rusiya hələlik belə risklərə hazır deyil, lakin ona hazırlaşmaq lazımdır. Əgər biz dünənki böhrana hazır olmarıqsa o zaman sabahkını da əldən buraxarıq”,-iqtisadçı xəbərdarlıq edib.

Qref xatırladıb ki, Rusiyanın gəlirlərinin yarıdan çoxu xammal ehtiyatlarının hesabınadır.

Hazırda dünya birjalarında neftin bir barrelinin qiyməti 60 dollardan bir qədər yuxarıdır. Lakin analitiklər gələn həftənin əvvəlindən qiymətin aşağı enə biləcəyini təxmin edirlər. Çünki bazarda təklif artır, tələbat isə ABŞ-Çin ticarət müharibəsinin təsiri ilə azalır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin