100 cinayət faktından 15-nin üstü “isti izlər”lə açılıb -RƏSMİ

0
23

Respublikanın daxili işlər orqanları tərəfindən sentyabrın 26-da qeydə alınan 100 cinayət faktından 15-nin üstü “isti izlər”lə açılıb.

AnTv.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması da təmin olunub.

Belə ki, axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, 10 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli səkkiz fakt müəyyənləşdirilib. qeyd edək ki, məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

 

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin