Nazir oğlu haqqında şok faktlar

0
1754

Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin oğlu haqqında şok faktlar üzə çıxıb.

AnTV.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial hesabında yazıb.

Jurnalistin araşdırmasından belə bir fakt ortaya çıxıb ki, sən demə, Zeynal Nağdəliyevin oğlu Nemət Nağdəliyev Rusiya vətəndaşı olduğu halda 2014-cü ildə Rusiya səfirliyində çalışıb. Jurnalist yazır:

“Xarici İşlər Nazirliyi aydınlıq gətirsin, görək prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin faktiki 2014-cü ildə Rusiya vətəndaşı olan oğlu Nemət Nağdəliyev həmin vaxtlar Azərbaycanın Rusiyadakı səfirliyində hansı ölkəni atteşe kimi təmsil edib? İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan və hazırda Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi kimi Polşa səfirliyində çalışan cənab diplomat ümumiyyətlə Azərbaycan Respublikasının vətəndaşıdırmı? Və o, bu vətəndaşlığı nə zamandan, hansı şərtlər əsasında əldə edib?”

 

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin