Nazim İbrahimovun oğlu 100 manatlıq şirkət yaratdı – Bina tikəcək

0
1478

Vergilər Nazirliyi “Skypark” Mənzil-Tikinti Kooperativini dövlət qeydiyyatına alıb. 

AnTV.az  nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 20, mənzil 22/23, nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi isə Elnur Nazim oğlu İbrahimovdur.

Qeyd edək ki, Elnur İbrahimov  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun oğludur.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin