Siyasət

Navalnı Moskvada saxlanıldı

Bu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı hava limanında saxlanılıb.

Bu barədə AnTv.az RİA “Novosti”yə istinadən xəbər verir.

Aleksey Navalnı Şeremetyevo hava limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.