Natiq Cəfərli : “Milli Şura çox dar bir qrupdur” – AÇIQLAMA – ÖZƏL

Natiq Cəfərli Milli Şuranı çox dar bir qrup hesab edir.

AnTV.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə ReAl-AXCP münasibətləri müzakirə olunur. Hər iki tərəf öz arqumentlərini səsləndirir. “Facebook” sosial şəbəkəsində #debata həştəqi də yaradıldı. Cəmiyyətin böyük bir qismi hər iki partiyanın debatını gözləyir.

Bu barədə ReAl partiyasının icra katibi Natiq Cəfərli AnTV.az-a açıqlamasında “Bu kampaniya çox dar bir qrupdan gəldi. Bu qrupu çıxsaq, digər qruplardan ciddi təpki görmürük. ReAl-ın cəmiyyətdə, beynəlxalq aləmdəki nüfuzu bizim müxalifət düşərgəsində bir sıra qıcıqlara səbəb oldu. Bu təpkiləri ciddiyə almaq lazım deyil. Çünki onlara cəmiyyətin müxtəlif kəsimlərindən dəstək gəlmədi. Son dönəmlərdə siyasi arenada olan problemlərə səbəb də bu qısqanclığın nəticəsidir”-deyə bildirdi.

Bu dar qrupun adını açıqlaya bilərsinizmi?” sualına Natiq Cəfərli “Konkret deyim ki, Milli Şura. AXCP-də Milli Şuraya daxildir və demək olar ki, eyni fəaliyyət göstərirlər. Lakin müxtəlif adlarla. Biz, debatdan da qaçmadıq. Müxtəlif canlı yayım, müzakirələrdə ReAl-ın ünvanına səslənən fikirlərin saxta olduğunu da sübut etdik” – deyə cavab verdi.

 

Fərid İmran

AnTV.az