Müxalifət liderinin oğlu Londonda şirkət açıb

0
59

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun oğlu Londonda özünə şirkət açıb.

AnTV.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat verib.

Məlumata görə, Cəlal Məmmədovun adına açılan “SYNERGY COOPERATION LIMITED” şirkəti bu ilin fevralın 15-də qeydiyyatdan keçib. Sənədlərdən ADP sədrinin oğlunun İngiltərə vətəndaşlığı aldığı məlum olur.

Bundan əvvəl Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovun da oğlu Britaniyada şirkət açmışdı. Qoşqar Məmmədova məxsus BYTE IT LTD 2011-ci ildən fəaliyyət göstərmiş, maliyyə çətinlikləri üzündən 2015-ci ildə bağlanmışdır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin