Müxalifət Bakıda mitinq keçirdi

0
30

Klassik Xalq Cəbhəsi Partiyasının təmsil olunduğu Azərbaycan Xalq Hərəkatı “Qarabağa azadlıq, işğala son”, “Ya azad et, ya çıx get” şüarı ilə Bakının Lökbatan qəsəbəsində, “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazasında mitinq keçirib.

AnTV.az xəbər verir ki, mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

KXCP sədri deyib ki, BŞİH mitinq keçirilməsinə Lökbatanı ayırıb: “Mitinqi metronun “Dərnəgül” stansiyasının yaxınlığında keçirmək istəyirdik, amma icra hakimiyyəti razılıq vermədi…”

O, çıxışında Qarabağın işğaldan azad edilməsi ilə bağlı təkliflərini səsləndirib.

Digər çıxış edənlər də Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunublar.

Mitində iştirak edən Gələcək Azərbaycan Partiyasının sədri, AXH-nin digər qolunda təmsil olunan Ağasif Şakiroğlu AXH-nin bugündən etibarən birləşdiyini bəyan edib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin