Mustafa Cəmilov vəzifəyə gətirilir?

0
68

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Krım tatarlarının lideri Mustafa Cəmilovun namizədliyini Ukrayna Radasının vitse-spikeri vəzifəsinə irəli sürəcək.

AnTV.az xəbər verir ki, bu barədə qərar partiyanın deputatları tərəfindən qəbul edilib. Deputatlar arasında keçirilən səsvermə zamanı yalnız bir millət vəkili bitərəf qalaraq Cəmilovun vitse-spiker vəzifəsinə namizədliyini dəstəkləməyib.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkisi 21 iyulda keçirilib. Nəticədə parlamentə 5 partiya daxil olub. Radada mütləq çoxluğu Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası əldə edib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin