Müşfiq Ələsgərli : “Əli Kərimli pafoslu açıqlamalar verir”

0
36

Müşfiq Ələsgərli hesab edir ki, müxalifətin birləşməsi yalnız boş oyundan ibarətdir.

“Əli Kərimli cəmiyyətin diqqətini özünə cəlb etmək üçün pafoslu açıqlamalar verir”.

AnTV.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, yəni göstərmək istəyir ki, guya bu birləşməyə və ya müxalifəti toparlamağa hazırdır: “Bununla cəmiyyətdə bir az yalançı bir çaşqınlıq yaratmağa çalışır. Əli Kərimli kimilər 26 ildir ki, müxalifətdədirlər və bu 26 il müddətində ən azı 30-a yaxın qurum yaradıblar. Yəni müxtəlif adlar altında birliklər yaradıblar. Ancaq çox keçmədən yaratdıqları birliklər dağılıb gedir. Çünki onların bir yerdə olmasını şərtləndirən amillər yoxdur. Birincisi, sosial bazaları yoxdur, yəni birləşirlər və ortada bir şey yoxdur, hər hansı bir nailiyyət qazana bilmirlər və dağılıb gedirlər. İkincisi, bir məsələ var ki, bunlarda çox ciddi şəkildə ambisiyalar var. Müxalifət təmsilçiləri bir yerə toplaşan kimi kimin öndə olması məsələsi gündəmə gəlir. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən şəxslər bir-biri ilə dil tapa bilmirlər. Yəni heç kəs, heç kəsə etimad göstərmir. Şəxsi ambisiyalarının olması onları bir araya gətirə bilmir. Ümumiyyətlə, birlik qarşılıqlı güzəşt, etimad üzərində qurulmalıdır. Bunlarda da qarşılıqlı güzəşt, etimad, bir-birinə inam yoxdur. Sadəcə olaraq, özlərini güclü göstərmək üçün süni şəkildə birlik yaradırlar ki, bunlar da heç vaxt effekt vermir. 26 ildir ki, onlar tərəfindən yaradılan və az bir müddət keçmədən dağılan birliklərini görmüşük. Bir sözlə, bu dəfə də müxalifətin birlikləri boş oyundan başqa bir şey deyil!

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin