Müsavatın qərargahında siyasi partiyalar seçkidə iştirak məsələsini müzakirə ediblər

0
14

Müsavat Partiyasının qərargahında siyasi partiya rəhbərləri və siyasi eksperlərin iştirakı ilə növbədənkənar seçkilər müzakirə olunub.

AnTV.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, 2019-cu ilin əvvəllərindən prezident İlham Əliyev islahatlar həyata keçirəcəyini bəyan etsə də, bu, baş vermədi. Onun sözlərinə görə, eyni prinsiplərlə kadrlar təyin olundu:

“Bu da rəhbərə sədaqət, regionçuluq prinsipləri idi. Ancaq siyasi sahədə hər hansı dəyişiklik olmadı. İlin əvvəlində bir dəfə Məhsul stadionunda mitinqin keçirilməsinə icazə verilmişdisə, sonradan istər Müsavat Partiyasına, istər Milli Şuraya, istərsə Qarabağla bağlı mitinq keçirmək istıəyənlərə mərkəzdə olmayan Məhsul stadionunda belə, aksiya keçirilməsinə icazə verilmədi”.

A.Hacılı bildirdi ki, seçki ilə bağlı vacib olan şərtlərdən biri demokratik qanunvericiliyin, Seçki Məcəlləsinin olmasıdır. Onun fikrincə, bu seçki məcəlləsinə əsasən seçki keçirilməsi mümkün deyil:

“Təşviqat kampaniyası, seçicilərlə görüş kimi vacib məsəələlər həll olunmur. Saxta seçkilərin keçirilməsi üçün şərait yaradılıb. Seçkilərin taleyi, onun nəticələrindən asılı olmayaq bəllidir. Seçkilər müəyyən təkmilləşmə aparılmaqla 2005-ci ildəki kimi keçirilməlidir. Düzdür, 2005-ci ildə də saxtalaşdırma olmuşdu. O zaman da seçki kampaniyasına imkan verilməyib. Seçkinin nəticələri saxtalaşdırılıb. Siyasi prosesə belə, imkan verilmədi və müxalifəti seçkiləri boykot etməyə məcbur etdi”.

“Azərbaycan hakimiyyəti müxalifəti seçkiləri boykot etməyə məcbur edir” deyən A.Hacılı bildirdi ki, hansısa siyasi proses yoxdursa, nəticələr əvvəldən bəllidirsə, şəraitin yaradılmasına imkan verilmirsə, müxalifət seçkini boykot etməyə məcbur qalır:

“Müxalifət qüvvələrinin bəziləri seçkilərdə iştirakını bəyan ediblər, bəziləri yox. Seçkidə iştirak etməyin müsbət və mənfi cəhətləri var. Ona görə də bu məsələni müzakrə etməliyik. Ən düzgün qərarı çıxarmağı bacarmalıyıq”.

Müsavat başqanı dedi ki, bu həftənin sonunadək siyasi partiyalar seçkidə iştirakla bağlı öz qərarlarını verməlidir:

“Bütün siyasi və ictimai qüvvələrin bir qərar qəbul etməsi Azərbaycan cəmiyyətinin maraqlarına uyğun olardı. Ya seçkilərdə iştirak etmək, ya da boykot qərarı… Biz optimal variantı qəbul etməliyik”. (Musavat.com)

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin