Müsavat Partiyasının funksioneri jurnalisti məhkəməyə verib

0
33
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
AnTV.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist özü məlumat verib.
Binəqədi Rayon Məhkəməsinə verilən xüsusi ittiham qaydasında şikayətdə Yafəz Əkrəmoğlunun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalanması istənilib.
Gülağa Aslanlı
Xüsusi ittiham qaydasında şikayət hakim Abbas Rzayevin icraatına verilib.
Qeyd edək ki, iddiaya Yafəz Əkrəmoğlunun Müsavat Partiyasının Almaniyada “mühacir alver”ni təşkil etdiyi və bu prosesdə partiyanın rəhbərliyinin iştirak etməsi barədə iddialarla çıxış etməsi səbəb olub.
Yafəz Əkrəmoglu Haəanov
Böhtan əməli sübuta yetirilərsə, onu min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Xatırladaq ki, Y.Əkrəmoğlu “Azadlıq” Radiosunun əməkdaşı olub və bir neçə ildir ki, Avropada mühacirətdə yaşayır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin