Müsavat Partiyasının fəal üzvlərindən biri polislər tərəfindən həbs olunub

0
410

Müsavat fəalı həbs edilib

AnTV.az-ın xəbərinə görə, Müsavat partiyasinin fəalı,İsa Qəmbərin qohumu Bağırlı Elməddin Ələddin oğlu axşam saatlarında polislər tərəfindən saxlanılıb. Elməddin Bağırlı rejimə qarşı keçirilən icazəli aksiyaların aktivistlərindən biridir.

Bakının Binəqədi Rayon Məhkəməsində icazəli aksiyadan sonra saxlanılan 10 nəfərin işinə baxılıb.Gənclər ictimai asayişi pozmaqda təqsirləndiriliblər. Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə onlardan bəziləri inzibati qaydada cərimələnərək buraxılıb,bəziləri isə inzibati həbs cəzasına məhkum ediliblər.Qeyd edək ki, keçirilən mitinqdə “Siyasi məhbuslara azadlıq”, ”Korrupsiyaya yox” və ”İstefa” şüarları səsləndirilib.

Müsavat üzvü Elməddin Bağırlı isə 19.01.2019 il Məhsul stadionunda keçirilən icazəli mitinqdən sonra polis zorakılığına məruz qalaraq, döyülərək 5 saylı polis bölməsinə aparılıb və gecə yarısınadək sorğu-suala cəlb edilib. Elməddin Bağırlı 5 saylı polis bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Qanunsuz saxlanılmanın nəticəsi olaraq Elməddin Bağırlı 30 gün müddətinə azadlıqdan məhrum edilib.

AnTV.Az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin