Bu gün Müsavat Partiyası martın 10-na təyin etdiyi yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərib.
AnTV.az xəbər verir ki, bu haqda partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
Müraciətdə qeyd olunur ki, Müsavat Partiyası martın 10-da, saat 15:00-dan 17:00-dək Azadlıq metrostansiyası yaxınlığındakı meydandan başlamaqla S. S. Axundov küçəsi ilə yürüş, sonda Dərnəgül metrostansiyası yanındakı meydanda mitinq keçirəck.
Aksiyada “Siyasi məhbuslara azadlıq” və digər tələblər irəli sürləcək.
AnTV.az