Müharibə tələbi ilə imza toplanılmasına başlanılır

0
757

Qarabağ Azadlıq Təşkilatının (QAT) İdarə Heyətinin iclasında ölkədə hazırkı vəziyyətə dair məsələlər müzakirə olunaraq, bir sıra məsələlərə dair qərarlar qəbul edilib.

Ömürlük məhbuslar və girovlarla bağlı fikir mübadiləsi edilib və  müəyən faktlarla bağlı məlumat verilib. Mitinq və Beynəlxalq Qarabağ Forumunun keçirilməsi ilə bağlı təşkilatın mövqeyi formalaşdırılaraq, Vyana görüşü və digər aktual məslələrə münasibət bildirilib.

İdarə Heyətinin qəbul etdiyi digər qərarda göstərilir ki, Azərbaycan qanunlarına uyğun olaraq, Dağlıq Qarabağ danışıqlarının dayandırılması və torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların başlanması tələbi ilə 40 min və daha çox imzanın toplanmasına başlanılsın, imzalar Milli Məclisə təqdim olunsun. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  müharibənin başlanması tələbi ilə kütləvi şəkildə imza toplama aksiyasına start verilsin.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin