Müğənni Rəqsanə İsmayılova dələduzluqda ittiham olunur

0
107

AnTv.az-ın xəbərinə görə, teleaparıcı Ülviyyə Alovlu bu haqda sosial şəbəkədəki səhifəsində yazıb.

Ü.Alovlu müğənni Rəqsanənin onun pulunu vermədiyini açıqlayıb. O, sosial şəbəkədə bildirib ki, ifaçı onunla işbirliyi qursa da, qonorarını ödəməyib: “Buradan bütün jurnalist həmkarlarıma, musiqiçilərə, konsert salonlarına, konfrans zallarına və ümumiyyətlə, sənətlə, musiqi ilə bu və ya digər formada əlaqəli olan hər kəsə müraciət edirəm. Ən cılız bir sifariş üçün belə – bütün miqdar pulu öncədən qəpiyinədək almadan Rəqsanə İsmayılova adlı oxuyançı ilə heç bir iş görməsinlər. Bu simasız insan, beş aydır ki, min vəd versə də, min bir bəhanə ilə görülən işin qonorarını ödəmir. Əslində, adı dələduz kimi çıxmış bu qadınla ömründə iş görməzdim. Amma onun üçün müraciət edən aparıcı Fira (Firuzə Cəlilova) oldu. Ölkədə daha heç kim onunla işləmirdi deyə, bütün media ilə məhz pul məsələlərinə görə problem yaşadığına görə mənə minnətçi düşdülər. Yalvardılar, yaxardılar. Mər Firaya – yaratdığı “atanşik” imicinə görə Rəqsanə ilə işləmək istəmədiyimi israrla təkrar etsəm də, Fira ona zamin durdu. Kişi qızı kimi o pulu şəxsən özünün ödəcəyinə söz verdi. Amma ödəniş günü çatanda Fira da Rəqsanə kimi nağıl danışmağa başladı. Dedi ki, Rəqsanə ona da atıb. Daha sonra isə ümumiyyətlə üfüqdən yox oldu. Deməli, elə Fira da onun tayı imiş. Hələ bu azmış kimi, mənim Rəqsanənin işlərini gördüyümü öyrənən borc sahibləri də məni narahat etməyə başladı. Sən demə, bunun illərdir paltar alverçilərindən tutmuş kirayə maşın salonlarına qədər borcu varmış. Sən demə, bunun heç şəxsi maşını da yox imiş. Bu illər ərzində “rentacarlar”dan maşın götürüb sürürmüş”.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin