“Mübariz Mənsimov heç kimin kömək istəyini geri çevirməyib” – Baloğlan Əşrəfov

0
17

Əməkdar artist Baloğlan Əşrəfov Mübariz Mənsimovun Türkiyədə həbs olunmasına münasibət bildirib.

AnTV.az xəbər verir ki, B.Əşrəfov deyib ki, Mübariz Mənsimov heç vaxt belə bir işlə məşğul ola bilməz, o, təmiz, saf bir insandır: “Ola bilsin ki, kimlərsə onu ləkələməyə, gözdən salmağa çalışır. Azərbaycan ictimaiyyətinə bəllidir ki, Mübariz Mənsimov necə vətənpərvərdir.

Qayğıkeş bir azərbaycanlı olaraq şəxsən mənə, başqa soydaşlarımıza çox kömək edib. Ona əlini uzadan qazilərə, sağalmaz xəstəlikdən əziyyət çəkənlərə kömək edib. Heç kimin kömək istəyini geri çevirməyib.

Əziz həmvətənlər, gəlin hamılıqla bu cür vətən övladımıza sahib çıxaq, onu ləkələnməyə qoymayaq, öz insanlıq və təəssübkeşlik borcumuzu ləyaqətlə yerinə yetirək. Mübariz Mənsimov kimi oğulları qorumaq hər birimiz üçün olduqca önəmlidir”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin