Gündəm

Mübariz Mənsimov azadlıqda

Xəbər verdiyimiz kimi, bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

“AnTV”nin məlumatına görə, şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

Hakimin qərarına əsasən, Mübariz Mənsimov ev həbsi şərtiylə azadlığa buraxılıb.