Mübariz Mansimov kimə əsəbləşib? “Mənim gəmilərimi batırmağa davam edin! Sizə gülməyim gəlir!”

0
627

Azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov ona qarşı edilən təzyiqlərə sərt cavab verib.

AnTV.az xəbər verir ki, Türkiyədə yaşayan milyarder son günlər dəfələrlə ölkəmizin nazirlərini tənqid etməklə yadda qalıb. O hətta bir müddət öncə nazirlərdən birinin onun iş otağına gəlib M.Mənsimovdan gördüyü xoşagəlməz hadisələrə, ölkədəki özbaşınalıqlara susmasını xaiş etdiyini bildirmiş və həmin naziri qovduğunu ölkə ictimaiyyətinə çatdırmışdı.

Növbəti paylaşımını edən milyarder bu dəfə onun sözlərinin təhrif edilməsindən narazıdır. Onun dediyinə görə, media nümayəndələri onun nazirlərə verdiyi sətiraltı mesajları təhrif edərək dövlətə qarşı çıxmaqda günahlandırırlar:

” Ey qafillər! Mən bir bayraq tanıyıram, o da Azərbaycanımın üçrəngli bayrağıdır! Və mən bir tək o bayrağa xidmət edirəm. Amma siz yazıqlar hansı bayrağa, kimə xidmət edirsiz, bilinmir. Bəsdirin, gah ora, gah bura əsdiz. Şükürlər olsun ki, hamınızın əvvəlini də, sonrasını da bilirik. Elə kimlərə xidmət etdiyinizi də. Nə zamandan məmurları tənqid etmək dövlətə qarşı çıxmaq hesab olunub?! Düzə düz, əyriyə əyri demək nə zamandan günahdır?! Elə cənab prezident özü də məmurlarla bağlı gözəl göstərişlər və nöqsanları aradan qaldırmaq üçün tapşırıqlar vermirmi? Və ayrıca bir daha xatırladıb ki, “istər böyük, istərsə də kiçik məmurlar vətəndaşlara – xalqa xidmət etmək üçün bu kreslolarda otururlar! Bütün dövlət məmurları bilməlidirlər ki, əsas vəzifələri xalqa xidmət etməkdir!” Budur bizim dövlət! Və biz də dövlətimizə sahib çıxmaq üçün ona zərər verənləri tənqid edirik və edəcəyik.”

M. Mansimov siyasətçi olmasa da nahaqqa qarşı susmayacağını bir daha dilə gətirib onun gəmilərinə süni maneələr yaratmaq istəyənlərdən qorxmadığını deyib:

“Mən siyasətçi deyiləm, amma haqqı-nahaqqı ayıra bilirəm. Bunun qarşısında isə susmağım mümkün deyil. Hər kəsin bu həyatda yaşamağa haqqı var və kimsəyə başqasının haqqını yemək ixtiyarı verilməyib. İndi bu yazımdan sonra da mənim gəmilərimi batırmağa davam edin. Sizə gülməyim gəlir. Yenə də ən çox sevdiyim ifadənin yeridir: “İt hürər, karvan keçər”. Bu bizim tarixi bilməyən, bilib də kor olanlar, stəkanda fırtına yaratmaq istəyənlər üçündür. Gözünüzü açın və oxuyun. Tarixini unudanın gələcəyi olmaz!”

 

Nurlan Cəfəri

AnTV.az 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin