Mübariz İbrahimovu təhqir edən Nərminlə bağlı məhkəmədən şok qərar

0
1291
22 yanvar 2019-cu il tarixində Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi baş tutub.
AnTV.az xəbər verir ki, idmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilməsini xaiş edərək eyni zamanda onun Azərbaycan xalqından üzr istəməsini istəyib.
Məhkəmə müşavirədən sonra qərar verib. Hakim Bəxtiyar Məmmədov işi craata qəbul etsə də şikayətə mahiyyəti üzrə baxmaqdan imtina edib.
İddiaçı tərəf olan 3 qat avropa çempionu, Muay-Tay və TayBoksinq federasiyalarının vitse prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayevin və  Milli qəhrəman Mübariz İbrahimovun hüquqi varisi olan anasının vəkili Ramil Rüstəmov AnTV.az-a açıqlamasında bildirib:
Məhkəmə onun xeyrinə bitdi demək olmaz. Sadəcə, hakim qərəzli mövqe nümayiş etdirərək heç bir səbəb göstərilmədən şikayətimizi icraata götürməkdən imtina etdi. Yəni bir çoxları bunu başa düşmür, çünki hüquqşünas deyillər. Məhkəmə şikayətimizi rədd etməyib. Sadəcə icraata götürüb baxmaqdan imtina etdi. İnşallah hüquqi mübarizəmiz davam edəcək. “
 Vəkil həmçinin bir çox saytların işə xitam verildiyinə dair xəbərlərinin yalan olduğunu bildirirək saytlardan xəbəri düzəltmələrini tələb edib:
“Nərmin Şahmarzadə ilə bağlı işə xitam verildi yazan saytlara və KİV nümayəndələrinə demək istəyirəm ki, şikayətimizi hakim icraata götürmədisə necə xitam verə bilər? Yalan məlumatdır, yalnız icraata qəbul edib şikayətimizə mahiyyəti üzrə baxmaqdan imtina edildi, Qərarı götürəndən və iclas protokolları ilə tanış olduqdan sonra müəyyən edəcəyik,  yenidən Xətai Rayon Məhkəməsinə verək yoxsa qərardan apellyasiya şikayəti verək. Biz hüquqi mübarizə aparmağı davam etdirməkdə qərarlıyıq.
Qeyd edək ki, idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərinə görə məhkəməyə verib.
Nurlan Cəfəri
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin