Moldova seçkisinin ilkin nəticələri məlum oldu

0
7

Moldovada fevralın 24-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb.

AnTV.az-ın məlumatına görə, 101 deputatdan 50-ni müəyyənləşdirən proporsional sistemlə səsvermədə prezident İqor Dodonun başçılıq etdiyi Sosialist Partiyası 31,3% səslə önə çıxıb.

ACUM bloku 26,2%, Demokrat Partiyası 23,9%, Şor Partiyası 8,4% səs yığıb.

Parlamentə düşmək üçün partiyalar azı 6%, bloklar 8% səs yığmalıdır.

51 deputat dairələrdən seçilir. Bu sistemlə deputat seçilmək üçün sadə səs çoxluğu tələb olunur.

Seçki günü parlament üzvlərinin sayının 61-ə endirilməsi təklifi ilə məşvərətçi referendum da keçirilib. Təklif səs çoxluğu toplayıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin