Mixail Saakaşvili: ”Putin vaxtilə mənim Azərbaycana buraxılmamağımı tələb edirdi”

0
30

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin onu yenidən Ukraynaya geri qaytarmaq və vətəndaşlıq vermək barədə yeni seçilmiş prezident Vladimir Zelenskiyə etdiyi təklifə münasibət bildirib.

AnTV.az xəbər verir ki, Saakaşvili RBK agentliyinə verdiyi müsahibədə deyib:

“Bu həmin Putindir ki, 2017-ci ilin dekabrında mətbuat konfransında hər kəsin yanında Pyotr Poroşenkodan mənim Ukraynadan çıxarılmağımı tələb edib.”

Gürcü siyasətçinin sözlərinə görə, məhz Vladimir Putin Pyort Poroşenkodan onun 2014-cü ildə andiçmə mərasiminə buraxılmamasını istəmişdi.

“Eyni tələbi nəinki Ukraynaya, hətta, Türkiyə, Azərbaycan və Ermənistan hakimiyyətlərinə də yönəltmişdilər. Mənim məlumatıma görə, bu məsələ hətta 2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyp Ərdoğanla Rusiyada, Sankt-Peterburqdakı görüşdə də müzakirə olunub”, deyə Mixail Saakaşvili bildirib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin