Mitinqlərin keçirilməsinə niyə şərait yaradılmır? – AÇIQLAMA – ÖZƏL

0
119

20 aprel tarixinə Milli Şura, eyni zamanda, Qarabağ Komitəsi də mitinq təyin edib.

AnTV.az xəbər verir ki, hər iki mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Ekspertlər mitinqlərin keçirilməsi üçün müsbət cavab verilməyəcəyini qeyd edir.

Son dönəmlərdə heç bir mitinq, yürüşün keçirilməsi üçün BŞİH tərəfindən şərait yaradılmamasına səbəb nədir?

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Ümumiyyətlə, mitinqin keçirilməsi ilə bağlı icazə məsələsi doğru deyil. Mitinq təşkilatçıları yalnız xəbərdarlıq etməlidir. Hakimiyyətin mitinqlərin keçirilməsinə ard-arda şərait yaratmaması həm Azərbaycan Xalq Hərəkatının, həm də ölkədə digər siyasi qüvvələrin aktivləşməsindən irəli gəlir. Hakimiyyət ölkədə siyasi aktivliyin yüksəlməsini istəmir. Buna görə də BŞİH bu müraciətlərə mənfi cavab verir” – deyə AnTV.az-a açıqlamasında bildirdi.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev

Ağ Partiya başqanı Tural Abbaslı AnTV.az-a açıqlamasında “Mitinq keçirtmək hər bir siyasi qüvvənin hüququdur. Yanvarın 19-da keçirilən mitinqin izdihamlı olması, ölkədə ictimai-siyasi aktivliyin yüksəlməsi səbəbində hakimiyyət mitinqlə bağlı müraciətlərə müsbət cavab vermir” – deyə qeyd etdi.

Ağ Partiya başqanı Tural Abbaslı

AnTV.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev  “Mitinq təyin etmək, mitinqdə iştirak etmək hər bir vətəndaşıq hüququdur. Lakin hakimiyyət vətəndaşların bu hüququnu pozur. İnsanların bir yerə toplaşmasından hakimiyyət çox ciddi narahatlıq keçirir və bu səbəbdən də mitinqlərin keçirilməsinə şərait yaratmır. Hakimiyyət bu hüququ pozmaqdansa, ölkədə olan korrupsiya əməllərinin kökündən məhv etməlidir. Ard-arda mitinqlərin keçirilməsinə şərait yaratmamaqla hakimiyyət insanların kütləvi etiraz aksiyalarına kökləyir” –deyə qeyd etdi.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin