Xəbərlər

Millimiz Slovakiya ilə heç-heçə etdi

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

AnTV.az xəbər verir ki, komandamız Levice şəhərində Slovakiya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizn heyətində Everton Cardoso fərqlənib.

Bu görüşdən sonra xallarının sayını 13-ə yüksəldən millimizin qrupu ilk pilədə başa vuracağı dəqiqləşib. Seçmə mərhələnin son oyununda Azərbaycan yığması aprelin 14-də Bakı İdman Sarayında Yunanıstan millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, ötən tur Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.