Milli Şuradan Qurban Məmmədov və Natiq Cəfərliyə sərt sözlər – ÖZƏL

0
211

Eldəniz Quliyev Natiq Cəfərli və Qurban Məmmədovun səviyyəsinə düşmək istəmədiyini qeyd edir.

AnTV.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə ReAl-AXCP münasibətləri müzakirə olunur. Hər iki tərəf öz arqumentlərini səsləndirir. “Facebook” sosial şəbəkəsində #debata həştəqi də yaradıldı. Cəmiyyətin böyük bir qismi hər iki partiyanın debatını gözləyir.

Bu barədə ReAl partiyasının icra katibi Natiq Cəfərli AnTV.az-a açıqlamasında “Bu kampaniya çox dar bir qrupdan gəldi. Bu qrupu çıxsaq, digər qruplardan ciddi təpki görmürük. ReAl-ın cəmiyyətdə, beynəlxalq aləmdəki nüfuzu bizim müxalifət düşərgəsində bir sıra qıcıqlara səbəb oldu. Bu təpkiləri ciddiyə almaq lazım deyil. Çünki onlara cəmiyyətin müxtəlif kəsimlərindən dəstək gəlmədi. Son dönəmlərdə siyasi arenada olan problemlərə səbəb də bu qısqanclığın nəticəsidir”-deyə bildirib.

Bu dar qrupun adını açıqlaya bilərsinizmi?” sualına Natiq Cəfərli “Konkret deyim ki, Milli Şura. AXCP-də Milli Şuraya daxildir və demək olar ki, eyni fəaliyyət göstərirlər. Lakin müxtəlif adlarla. Biz, debatdan da qaçmadıq. Müxtəlif canlı yayım, müzakirələrdə ReAl-ın ünvanına səslənən fikirlərin saxta olduğunu da sübut etdik” – deyə cavab verib.

Milli Şura Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev ReAl İdarə Heyətinin üzvü Natiq Cəfərlinin fikirləri ilə bağlı AnTV.az-a açıqlamasında “Mən, 2 adam haqqında (hər ikisində də dırnaq içərisində deyirəm adam sözünü) onların açıqlamalarına rəy bildirməkdən uzağam. Onlardan biri Qurban Məmmədovdur. Digəri isə son zamanlar özünü mənasız açıqlamakarı ilə ifşa etmiş Natiq Cəfərlidir. Bunun üçün də fikirlərinə cavab verib, onların səviyyəsinə düşmək istəmirəm” – deyə bildirdi.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin