Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb

0
21

Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il yaz sessiyasının ilk plenar iclasının keçiriləcəyi tarix açıqlanıb.

AnTV.az-ın xəbərinə görə, iclas 2019-cu il fevralın 1-i, həftənin cümə günü keçiriləcək.
Qeyd edək ki, MM-in Daxili Nizamnaməsinə əsasən, sessiya mayın 31-dək davam edir.
Xatırladaq ki, millət vəkillərinin tətili yanvarın 15-də başa çatır. Həmin tarixdən etibarən parlament komitələrinin iclasları başlayır.

Gülnaz Qənbərli
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin