MİLLİ MƏCLİS BURAXILDI, NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR GƏLİR! – YAP Siyasi Şurasından ŞOK qərar

0
645

YAP Siyasi Şurasının hazırda davam edən iclasında növbədənkənar parlament seçilərinin keçirilməsi ilə bağlı qərar verilib. 

AnTV.az xəbər verir ki, toplantıda bununla bağlı yekdilliklə qərar qəbul olunub.Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Sabah Milli Məclisin iclasında parlamentin ləğvi məsələsi qaldırılacaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Siyasi Şuranın iclasından sonra partiya deputatlarının iştirakı ilə ayrıca toplantı keçirilməsi qərara alınıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin