Sosial

Mikroavtobus dərəyə aşdı - QƏZA

Daşkəsən rayonunun Çovdar kəndində “Volkswagen” markalı mikroavtobus dərəyə aşıb.

AnTV.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə, maşın yanıb.

Yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.